525.Az

Alper Coşkun başsağlığı verdi


 

Alper Coşkun başsağlığı verdi<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun təmas xəttində baş verən atışma zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə bağlı başsağlığı verib.

APA-nın məlumatına görə, bu barədə səfir özünün “Twitter” səhifəsində yazıb.
 
“Təmas xəttində şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət, ailə və yaxınları başda olmaqla, Azərbaycana başsağlığı diləyirəm”, - deyə diplomat qeyd edib.
 
Qeyd edək ki, Müdafiə Nazirliyi son döyüşlərdə Azərbaycan Ordusunun üç hərbçisinin şəhid olduğunu açıqlayıb.

 





26.01.2015    çap et  çap et