525.Az

Çin Yaponiyanın Baş nazirini yanlış ifadələrini geri götürməyə çağırıb


 

Çin Yaponiyanın Baş nazirini yanlış ifadələrini geri götürməyə çağırıb<b style="color:red"></b>

“Yaponiya Çinlə strateji, qarşılıqlı faydalı münasibətləri inkişaf etdirmək istəyirsə, yanlış bəyanatlarından imtina etməlidir”.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin brifinqdə deyib.

“Yaponiyanın Baş naziri Sanae Takaitinin açıq şəkildə Tayvan boğazına silahlı müdaxilə ehtimalını nəzərdə tutan yanlış bəyanatları Çin xalqının qəzəbinə və qınaqına səbəb olub”, - XİN rəsmisi söyləyib.

Əlavə edib ki, əgər Yaponiya səmimi qəlbdən Çinlə strateji, qarşılıqlı faydalı münasibətlər inkişaf etdirmək və yeni dövrün tələblərinə cavab verən konstruktiv, sabit əlaqələr qurmaq istəyirsə, dörd Çin-Yaponiya siyasi sənədinin ruhuna sadiq qalmalı, siyasi öhdəliklərini yerinə yetirməli, səhv bəyanatlarını dərhal geri götürməlidir.

Pərvanə Sultanova

 





21.11.2025    çap et  çap et