525.Az

Yazıçı Fərman Kərimzadənin oğlu azadlığa buraxıldı


 

Yazıçı Fərman Kərimzadənin oğlu azadlığa buraxıldı<b style="color:red"></b>

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadə və onun tanışı Azər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxs 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

Qeyd edək ki, avqustun 13-də Bakı şəhər, Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə dələduzluq faktı ilə əlaqədar şikayət daxil olub. Bakı şəhər sakini Muradov Elçin Dadaş oğlu bölməyə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. E. Muradov bildirib ki, Ə.Kərimzadə onun İstiqlaliyyət küçəsindəki mülkdə pay sahibi olmasını təsdiqlətdirəcək.

Ə. Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkilidir. O, Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.

 





27.11.2012    çap et  çap et