525.Az

“ABŞ sülh planını imzalamayacağı halda Ukraynaya yardımı dayandırcaq” - "Reuters"


 

“ABŞ sülh planını imzalamayacağı halda Ukraynaya yardımı dayandırcaq” -<b style="color:red"> "Reuters"</b>

ABŞ noyabrın 27-nə qədər çərçivə sazişini imzalamayacağı təqdirdə Ukraynanı silah tədarükünü və kəşfiyyat məlumatları mübadiləsini dayandıracağı ilə hədələyib.

525.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub  ki, Vaşinqton Kiyevə əvvəlkindən daha çox təzyiq göstərir.

Öz növbəsində “Financial Times” da ABŞ-ın  Ukraynanı noyabrın 27-dək sazişi imzalamağa razı salmaq niyyətindən yazıb.

Nəşr yazıb ki, Amerika tərəfi ayın sonuna qədər Moskvaya saziş layihəsi təqdim etmək və bütün prosesi dekabrın əvvəlinə qədər başa çatdırmaq istəyir. FT mənbələri Ağ Evin sənədi təsdiqləməklə bağlı yanaşmasını aqressiv adlandırıblar.

Pərvanə Sultanova

 





21.11.2025    çap et  çap et