525.Az

"Barselona"lı futbolçular Ronaldonun daha çox cəzalanmasını istəyir


 

"Barselona"lı futbolçular Ronaldonun daha çox cəzalanmasını istəyir<b style="color:red"></b>

"Barselona"nın futbolçuları "Kordoba" ilə görüşdə (2:1) meydandan qovulan "Real"ın hücumçusu Kriştiano Ronaldonun daha çox cəzalandırılmasının tərəfdarıdır.

Qol.Az-ın "sport.es"ə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin oyunçuları portuqaliyalı futbolçunun ən azı 4 oyunluq cəza almasını istəyirlər.

Lakin "Barselona"lı futbolçular hazırkı gerçəkliyi qəbul edir və Ronaldonun uzun müddətli cəza alacağına inanmırlar.

Qeyd edək ki, Qeyd edək ki, Ronaldo La Liqanın 20-ci tutrunda "Kordoba" ilə oyunun 83-cü dəqiqəsində rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onun neçə oyunluq cəza alacağına çərşənbə günü aydınlıq gələcək.

 





26.01.2015    çap et  çap et