525.Az

Milli Kitabxanada “Xalq şairi Vahid Əziz - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.


 

Milli Kitabxanada “Xalq şairi Vahid Əziz - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.<b style="color:red"></b>

Milli Kitabxanada Çağdaş Azərbaycan poeziyasının görkəmli və qüdrətli nümayəndəsi, Xalq şairi Vahid Əzizin anadan olmasının 80 illik yubileyi  münasibətilə “Xalq şairi Vahid Əziz – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

525.az xəbər verir ki, sərgidə şairin qələmə aldığı poetik nümunələr - şeirləri, poemaları, tərcümələri, publisistikası, tərtibçi və  ön söz yazdığı ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları və dövri mətbuat materialları nümayiş olunur.

Xalq şairi Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov)  1945-ci il noyabrın 23-də Qərbi Azərbaycanda, qədim Dərələyəz mahalında qulluqçu ailəsində anadan olub. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirib.

1965-ci ildə ilk və bir neçə şeiri “Politexnik” qəzetində nəşr olunub. “Mən küləyi görürəm” adlı ilk şeirlər kitabı 1969- cu ildə işıq üzü görüb.

Nəğməkar şair Vahid Əzizin çox sayda şeirinə mahnı və musiqi bəstələnib. 

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 24 may 2019-cu ildə “Xalq şairi” fəxri adına layiq görülüb.

 





24.11.2025    çap et  çap et