525.Az

Əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir


 

Əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sənədə əsasən Dövlət Sosial Müdafiə Fondu 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etməlidir.
 
Bundan başqa, fonda fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
 
Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 





26.01.2015    çap et  çap et