525.Az

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb


 

Əmtəə bazarlarında qızıl və gümüş <b style="color:red">ucuzlaşıb</b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

525.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə qiyməti 0,97% azalaraq 4 075,9 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti isə 0,67% azalaraq 49,578 ABŞ dolları olub.

 





24.11.2025    çap et  çap et