525.Az

“Təhsil TV” yaradılır


 

“Təhsil TV” yaradılır<b style="color:red"></b>

Təhsil Nazirliyi Azərbaycanda maarifləndirici televiziyanın – “Təhsil TV”-nin yaradılması ilə bağlı layihə həyata keçirir.

APA-nın xəbərinə görə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin direktoru Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, yaxın aylarda yeni layihənin təqdimatı gözlənilir.
 
Onun sözlərinə görə, hazırda mövzu üzrə çəkilişlərlə məşğul olacaq studiya ilə müqavilənin imzalanması gözlənilir: “Layihə ilk növbədə maarifləndirici televiziya layihələrinin yayımlanacağı internet portalının yaradılmasını nəzərdə tutur. Bu gün nazirlik layihə çərçivəsində portalda yerləşdiriləcək bir sıra veriliş və dərslərin çəkilişlərini sifariş edib. Layihənin həyata keçirilməsində məqsəd ölkədə reallaşdırılan maarifləndirici proqramlar, layihələr və ümumilikdə təhsil sahəsində baş verən hadisələr haqqında əhaliyə məlumat verməkdən ibarətdir”.

 





27.11.2012    çap et  çap et