Ötən cümə naməlum silahlılar tərəfindən Papiri ştatındakı katolik məktəbdən əsir götürülmüş 300-dən çox şagirddən 50-i əsirlikdən qaça bilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, kolluqda gizlənməyə macal tapmış şagirdlər yerli fermerlərin köməyilə evlərinə qayıdıblar.
Baş verən bu hadisədən sonra Nigeriyada məktəblər və kolleclərin bir qismi bağlanıb. Valideynlər övladlarını məktəbə göndərməyə cürət etmirlər.
Qeyd edək ki, ötən bazar ertəsi Kebbi ştatında 25 şagird naməlum şəxslər tərəfindən oğurlanıb. 4 gün sonra isə Papiridəki katolik məktəbin 303 şagirdi və 12 müəllimi əsir götürülüb.
L.Tağıyeva
çap et