525.Az

“Ümid” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb


 

“Ümid” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb<b style="color:red"></b>

Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” qaz-kondensat yatağından 01.11.2025-ci il tarixinədək təqribən 12,7 mlrd. kubmetr qaz hasil olunub.

525.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə yataqdan 1,9 mln. ton qaz kondensatı çıxarılıb.

Yataqdan sutkada orta hesabla hasilat 7 mln. kubmetrə yaxın qaz və 0,8 min ton kondensat təşkil edib.

““Ümid” yatağının kəşfindən 15 il ötür. “Ümid” Azərbaycanın müstəqillik dövründə kəşf edilən ilk qaz-kondensat yatağıdır”, - məlumatda qeyd olunub.

 





24.11.2025    çap et  çap et