525.Az

Bollivud əfsanəsi Dharmendra vəfat edib


 

Bollivud əfsanəsi Dharmendra vəfat edib<b style="color:red"></b>

Hindistanın məşhur aktyoru, Bollivud əfsanəsi Dharmendra Deol 90 yaşında vəfat edib.

525.az xəbər verir ki, noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilən aktyor bu gün səhər saatlarında dünyasını dəyişib.

Dharmendra Deol 60 illik karyerası ərzində 300-dən çox filmdə rol alıb. O, hind filmlərində ən romantik və sirli qəhrəman hesab olunurdu.  “Zita və Gita”, “Əlibaba və qırx quldur”, “Qisas və qanun“, “Daş və Çiçək”, “Sevimli Raca” kimi filmlərindəki rolları ilə daha çox sevilib.

Dharmendranın son filminin 2025-ci ilin dekabrında nümayiş olunması planlaşdırılır.

Pərvanə Sultanova

 





24.11.2025    çap et  çap et