“Çin, Yaponiya və Koreya Respublikası liderləri arasında görüşün keçirilməsi üçün şərtlər hələ hazır deyil”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanıb.
Səbəb isə son günlər Yaponiya tərəfinin Tayvanla bağlı verdiyi bəyanatlardır.
“Yaponiya rəhbərliyinin Tayvanla bağlı səsləndirdiyi yanlış fikirlər üç ölkə arasında üçtərəfli əməkdaşlığın təməlini və atmosferini sarsıdıb”, - XİN-in məlumatında qeyd edilib.
Pərvanə Sultanova
çap et