Cənubi Koreya prezidenti Li Çje Men Türkiyəyə rəsmi səfərə gəlib.
525.az xəbər verir ki, Ankarada Çje Menin rəsmi qarşılanma mərasimi olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi koreyalı həmkarını qarşılayıb.
Nümayəndə heyətləri arasında baş tutacaq görüşdən sonra Rəcəb Tayyib Ərdoğan və Li Çje Men birgə mətbuat konfransında iştirak edəcəklər. Ardınca isə rəsmi şam yeməyi olacaq.
İbrahim Cəfərov
çap et