525.Az

Avtomobil dərəyə aşdı - 2 ölü, 1 yaralı


 

Avtomobil dərəyə aşdı - <b style="color:red"> 2 ölü, 1 yaralı</b>

Türkiyənin Bartın bölgəsində ölümlə nəticələnən yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bartın-Arıt yolunun Okçular ərazisində sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə aşıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib. Sürücü və həyat yoldaşının suda boğularaq öldüyü müəyyən edilib.

Qəza zamanı maşının arxa oturacağında əyləşən üçüncü şəxs isə ağır yaralanıb. O, Bartın Dövlət Xəstəxanasına aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

İbrahim Cəfərov

 





24.11.2025    çap et  çap et