525.Az

AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı


 

AFFA-nın Hesabat Konfransının vaxtı açıqlandı<b style="color:red"></b>

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, tədbir martın 6-da baş tutacaq.
 
“Hilton” otelində keçiriləcək konfrans saat 11:00-da başlayacaq. Artıq tədbirin gündəliyi də açıqlanıb:
 
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər

 





27.01.2015    çap et  çap et