ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Takaiçi Sanae arasında telefon danışığı olub.
525.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Takaiçi və Tramp arasında danışıq təxminən 25 dəqiqə davam edib.
Takaiçi Trampa Yaponiyaya son səfəri və ABŞ-ın Ukraynada sülhə nail olmaq səyləri üçün təşəkkür edib.
Tərəflər Yaponiya ilə ABŞ arasında sıx əməkdaşlığı bir daha təsdiqləyiblər və iki ölkə arasında ittifaqın gücləndirilməsi, Hind-Sakit Okean bölgəsinin vəziyyəti və ölkənin üzləşdiyi müxtəlif çətinliklər barədə fikir mübadiləsi aparıblar.
İbrahim Cəfərov
çap et