525.Az

AFFA Hakimlər Komitəsinin sədri Konfrans Liqasının oyununa təyinat alıb


 

AFFA Hakimlər Komitəsinin sədri Konfrans Liqasının oyununa təyinat alıb<b style="color:red"></b>

AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere UEFA-dan növbəti dəfə təyinat alıb.

525.az xəbər verir ki, belçikalı komitə sədri Konfrans Liqasında “Siqma” (Çexiya) və “Selye” (Sloveniya) komandaları arasında keçiriləcək IV tur oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, noyabrın 27-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

 





25.11.2025    çap et  çap et