Vyetnamda yağan güclü yağışlar daşqınlara səbəb olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 91-ə çatıb.
Daşqınlardan ən çox zərər çəkən əyalət olan Dak Lakda 63 nəfər boğularaq ölüb, 11 nəfər isə itkin düşüb.
İlkin hesablamalara görə, daşqınların vurduğu ziyan təxminən 500 milyon dollardır.
İbrahim Cəfərov
çap et