525.Az

Pakistanda terror əməliyyatı - 22 nəfər zərərsizləşdirilib


 

Pakistanda terror əməliyyatı - <b style="color:red"> 22 nəfər zərərsizləşdirilib</b>

Pakistan ordusu Xayber Paxtunxva əyalətində terrorçulara qarşı əməliyyat keçirib.

525.az xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb. Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti (ISPR) əməliyyatın kəşfiyyat məlumatlarına əsasən əyalətin Bannu rayonunda keçirildiyini bildirən açıqlama yayıb.

Qeyd olunub ki, gərgin döyüşlərdən sonra Hindistan tərəfindən dəstəklənən 22 yaraqlı zərərsizləşdirilib.

Pakistan ordusu əvvəllər 10 noyabrda Hindistan tərəfindən dəstəklənən 20, 20 noyabrda 30 və 21 noyabrda 13 terrorçunun zərərsizləşdirildiyini açıqlamışdı.

İbrahim Cəfərov

 





25.11.2025    çap et  çap et