“Ukrayna tərəfi ABŞ-ın təklif etdiyi sülh sazişi planı ilə razılaşıb”.
525.az xəbər verir ki, bu barədə ABŞ rəsmisi CBS News-a bildirib.
"Ukraynalılar sülh planına razılıq veriblər. Həll edilməli olan bəzi kiçik detallar var. Biz çox nikbinik. Ümid edirik ki, tezliklə ruslardan cavab alacağıq. İşlər sürətlə gedir", - rəsmi əlavə edib.
Qeyd edək ki, ABŞ sülh razılaşması ilə bağlı 28 maddədən ibarət plan irəli sürüb. Daha sonra həmin maddələrin 19-a endirildiyi bildirilib.
Pərvanə Sultanova
çap et