“Dünyada yalnız bir Çin var, Tayvan onun ərazisinin ayrılmaz hissəsidir. Bu, təhrif edilə və ya sorğulana bilməyən danılmaz faktdır”.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (ÇXR) rəsmi nümayəndəsi Mao Nin bildirib.
Onun sözlərinə görə, bu cür iddiaları irəli sürənlər ya tarixi bilmirlər, ya da qəsdən onu təhrif etməyə və beynəlxalq hüququ görməzdən gəlməyə çalışırlar.
XİN rəsmisi əlavə edib ki, ÇXR hökuməti Tayvan üzərində suverenlik də daxil olmaqla, Çinin suverenliyinə tam sahibdir və onu həyata keçirir:
“1972-ci il Çin-Yaponiya Birgə Bəyannaməsində Tokionun ÇXR hökumətini Çinin yeganə qanuni hökuməti kimi tanıdığı bildirilir. Vahid Çin təhrif edilə və ya saxtalaşdırıla bilməyən bir faktdır”.
Qeyd edək ki, Yaponiyanın Baş naziri Sanae Takaiti bu günlərdə bəyan edib ki, Tayvana hər hansı müdaxilə onların hərbi reaksiyalarını qaçılmaz edəcək. Bu yanaşma iki ölkə arasında gərginliyə səbəb olub.
Pərvanə Sultanova
çap et