ABŞ ordusunun katibi Daniel Driscoll Əbu-Dabidə Rusiya nümayəndə heyəti ilə keçirilən danışıqları müsbət qiymətləndirib.
525.az xəbər verir ki, bu b arədə “Reuters”ə onun mətbuat katibi Cefri Tolbert məlumat verib.
"Ordu katibi Driskol və onun komandası Ukraynada davamlı sülhə nail olmaq üçün Rusiya nümayəndə heyəti ilə danışıqlar aparır. Danışıqlar yaxşı gedir və biz nikbinliyimizi saxlayırıq. Driskoll Ağ Evlə sıx əməkdaşlıq edir”, - o bildirib.
Qeyd edək ki, hazırda Əbu-Dabidə ABŞ və Rusiya rəsmiləri arasında Ukrayna sülh razılaşması ilə bağlı danışıqlar gedir. ABŞ ordusunun rəsmisi Əbu-Dabidəki görüşə Vaşinqton və Kiyev arasında Cenevrədə aparılan danışıqlardan sonra razılaşdırılmış sülh müqaviləsinin yenilənmiş bə nisbətən kiçildilən versiyasını təqdim edib.
"Axios"un məlumatına görə, ölkənin hərbi kəşfiyyat rəisi Kirill Budanovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də oradadır. Kiyev rəsmiləri həm ABŞ, həm də Rusiya ilə danışıqlar aparırlar.
Pərvanə Sultanova
çap et