525.Az

Nigeriyada kəndə basqın - 11 nəfər qaçırılıb


 

Nigeriyada kəndə basqın - <b style="color:red"> 11 nəfər qaçırılıb</b>

Naməlum silahlı şəxslər Nigeriyanın Kvara əyalətinin İsapa kəndinə basqın ediblər.

525.az yerli mediaya istinadən xəbər verir ki, təxminən 30 silahlı şəxs ötən gecə kəndə hücum edərək, ətrafa atəş açıblar.

Hücum zamanı bir yaşlı qadın yaralanıb, təcavüzkarlar 11 nəfəri qaçırıblar.

Hadisə şahidləri oğurlananların arasında hamilə qadın və azyaşlı uşaqların da olduğunu bildiriblər.

Hadisədən sonra İsapa və ətraf bölgələrdə gərginlik artıb, təhlükəsizlik qüvvələri qaçırılanların xilas edilməsi üçün səylərini gücləndirib.

İbrahim Cəfərov

 





26.11.2025    çap et  çap et