İranın xarici işlər naziri Abbas Əraqçi ikitərəfli əlaqələr, regional və beynəlxalq hadisələri müzakirə etmək üçün sabah Fransaya yollanacaq.
525.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib.
O, Əraqçinin səfərinin Fransa xarici işlər naziri Jan-Noel Barrotun dəvəti ilə baş tutacağını açıqlayıb.
Bekayi bildirib ki, səfər zamanı tərəflər ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri, o cümlədən Fransada aylarla həbsdə qaldıqdan sonra şərti olaraq azadlığa buraxılan İran vətəndaşı Mehdieh Esfəndiarinin vəziyyətini müzakirə edəcəklər.
İbrahim Cəfərov
çap et