525.Az

Bərzani: "Ankaranın dəstəyi Kobaninin müdafiəsini təmin etdi"


 

Bərzani: "Ankaranın dəstəyi Kobaninin müdafiəsini təmin etdi"<b style="color:red"></b>

Ankara “İŞİD” terror təşkilatı ilə mübarizədə lazımi dəstək verdi. Bunu İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib.

Bu barədə Trend çərşənbə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.

Onun sözlərinə görə, məhz Ankaranın dəstəyi sayəsində kürd silahlı birləşmələrinin (peşmərgə) döyüşçüləri Suriyanın Kobani (Eynül-Ərəb) şəhərini müdafiə edə biliblər.

Bərzani, həmçinin qeyd edib ki, Ankaranın dəstəyi olmadan kürd silahlı birləşmələri Kobani şəhərini “İŞİD” terror təşkilatının yaraqlılarından müdafiə edilmək üçün Suriya ərazisinə keçə bildilər.

Qeyd edək ki, kürd silahlı birləşmələrinin döyüşçüləri ötəni il oktyabrın 30-da Türkiyə-Suriya sərhədini adlayaraq Kobani şəhərinə keçdilər.

Son məlumatlara görə, pəşmərgə Kobanidə “İŞİD” yaraqlılarını məhv edərək şəhəri öz nəzarəti altına ala bilib.

 





27.01.2015    çap et  çap et