525.Az

Xədicə İsmayılın həbs müddəti uzadıldı


 

Xədicə İsmayılın həbs müddəti uzadıldı<b style="color:red"></b>

Yanvarın 27-də Səbayıl rayon Məhkəməsində həbsdə olan jurnalist Xədicə İsmayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata baxılıb.

Bu haqda APA-ya radiosuna onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkilin sözlərinə görə, Xədicə İsmayılın həbs müddətinin daha iki ay uzadılması ilə bağlı təqdimatı Bakı şəhər Prokurorluğu verib.

Qeyd edək ki, Xədicə İsmayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin «özünü öldürmə həddinə çatdırma» ittihamı ilə saxlanıb. Xədicə İsmayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.

Məlumat üçün xatırladaq ki, fevralın 5-də Xədicə ismayılın həbs müddəti başa çatmalı idi.

 





27.01.2015    çap et  çap et