525.Az

İTV-nin “Yeni gün” proqramı vətənpərvərliyə həsr olundu


 

İTV-nin “Yeni gün” proqramı vətənpərvərliyə həsr olundu<b style="color:red"></b>

İctimai Televiziyada yayımlanan “Yeni gün” səhər proqramı bu gün tamaşaçıların görüşünə başqa bir formatda gəlib. Belə ki, son günlər cəbhə xəttində vəziyyətin kritik həddə çatması, güclü hərbi qarşıdurmada vətənin 3 şəhid verməsi, verilişi hazırlayan yaradıcı heyətin proqramda ciddi dəyişikliklər etməsinə səbəb olub.

İTV-dən Modern.az-a verilən məlumata görə, şirkət rəhbərliyinin  tövsiyəsi ilə proqramda tamaşaçılara yalnız vətənpərvərlik mövzusunda materiallar, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq bəstələn şərqilər, marşlar, ölkənin tərəqqisinə, hərbi qüdrətin artmasına aid süjetlər təqdim edilib.

“Yeni gün” bütünlüklə efirə bu gün başqa formatda, yeni ovqatda çıxıb və özününün taleyükülü məsələlərə həssaslığını bir daha ortaya qoyub.

Qeyd edək ki, vətənsevərlik İctimai Televiziyanın proqram siyasətinin başlıca prioritetləridir.

 





27.01.2015    çap et  çap et