525.Az

Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər 


 

Solovyovu zəhərli pizza ilə<b style="color:red"> öldürmək istəyiblər </b>

Rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovu zəhərli pizza ilə öldürmək istəyiblər.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə ona qarşı sui-qəsd cəhdi ilə bağlı keçirilən məhkəmə iclası zamanı məlum olub.

Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxslərdən biri olan Andrey Pronskinin mənzilində qeydə alınan səs yazısı təqdim edilib. Səsyazmada

Pronski planını ortağı Vladimir Belyakov və digər təqsirləndirilən şəxslərə ətraflı izah edir.

“Biz Solovyovun ünvanını əldə edirik, onun sifarişini “Yandex food” vasitəsilə izləyirik, sifarişi ələ keçirib, ona zəhər qatırıq”, - səs yazısında deyilir.

Pərvanə Sultanova

 





26.11.2025    çap et  çap et