“ABŞ prezidenti Donald Trampla bu yaxınlarda baş tutan telefon danışığı zamanı Çin sədri Si Cinpin Pekinin Tayvanla bağlı prinsipial mövqeyini açıqlayıb”.
525.az xəbər verir ki, bu barədə Çinin Dövlət Şurasının Tayvan işləri ofisinin rəsmisi Pen Çinen “Global Times” nəşrinə bildirib.
O, telefon danışığının əsas detallarına toxunub və deyib ki, cənab Si Tayvanın Çinə qayıtmasının müharibədən sonrakı beynəlxalq nizamın ayrılmaz hissəsi olduğunu vurğulayıb. Həmçinin əlavə edib ki, Çin və ABŞ faşizm və militarizmə qarşı çiyin-çiyinə vuruşublar, daha vacibi isə iki ölkə İkinci Dünya müharibəsində qələbəni birgə müdafiə ediblər.
Pen Çinen bildirib ki, Çin liderinin çıxışı Pekinin Tayvan məsələsi ilə bağlı gələcək işi üçün strateji əhəmiyyət daşıyır:
"Sədr Si Cinpinin vacib çıxışı Tayvanla bağlı işimiz üçün əhəmiyyətli istiqamət verir. Biz Tayvan boğazının hər iki tərəfindəki xalqları tarixi birgə xatırlamaq, nailiyyətləri müdafiə etmək, sülhü qorumaq və daha yaxşı gələcək yaratmaq üçün birləşdirəcəyik".
Pərvanə Sultanova
çap et