525.Az

Firudun Cəlilov yenə Türkiyəyə getdi


 

Firudun Cəlilov yenə Türkiyəyə getdi<b style="color:red"></b>

Sabiq təhsil naziri, türkoloq alim Firudin Cəlilov bu gün səhər saatlarında yenidən Türkiyəyə yollanıb. 

Modern.az xəbər verir ki, bir müddət öncə Ankarada əməliyyat olunan professor bu dəfə həkim müayinəsindən keçmək üçün gedir. Alimin sözlərinə görə, bir həftə  Ankarada qalacaq.

Ötən ilin yay aylarında ürəyində yaranan problemə görə dövlət xətti ilə Ankaraya göndərilən professor mütəmadi olaraq həkim nəzarəti altındadır. Bir ay bundan öncə isə alim ikinci dəfə ürəyindən əməliyyat olunub.

 





27.01.2015    çap et  çap et