Braziliyanın sabiq prezidenti Jair Bolonsaru həbsxanaya yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrda məhkəmə tərəfindən ona təyin olunmuş 27 illik həbs cəzasının davamını məhz burada çəkəcək.
Buna kimi ev dustağı olan Bolonsaru 2022-ci ildə keçirilmiş prezident seçkilərində məğlub olduqdan sonra hazırki prezident Luis İnasiu Lulu da Silva, vitse-prezident Jerard Alkamin və Ali Məhkəmənin sədri Alişandri di Moraisə qarşı sui-qəsd hazırlamaqda və bu məqsədlə mütəşəkkil dəstə yaratmaqda ittiham olunurdu.
Yeri gəlmişkən, Bolonsaru noyabrın 23-də nəzarətdə saxlanmaq uçun taxılmış elektron bilərziyi zədələmişdi, bundan sonra bilərzik yenisi ilə əvəzlənmiş və eks-prezident saxlanma kamerasına yerləşdirilmişdi. Bolonsaru bunu qaçmaq üçün etmədiyini, dərmanların təsiri altında bilərziyi zədələdiyini bildirmişdi.
Qeyd edək ki, Jair Bolonsaru 2019-2023-cü illərdə Braziliyanın prezidenti olub.
L.Tağıyeva
çap et