525.Az

Ronaldodan milli üzvlərinə qiymətli hədiyyə


 

Ronaldodan milli üzvlərinə <b style="color:red"> qiymətli hədiyyə</b>

Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisinin Millətlər Liqasında qalib gəldiyinə görə milli üzvlərinə qiymətli hədiyyə verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu komanda yoldaşlarını qol saatı ilə mükafatlandırıb.

Saatın üzərində Portuqaliya Futbol Federasiyasının herbi və Millətlər Liqasının kuboku əks olunub. Hədiyyələr Ermənistanla oyundan (9:1) əvvəl futbolçulara təqdim edilib.

Qeyd edək ki, "Jacob & Co"dan cəmi 35 saat sifariş olunub. Onlardan biri millinin sabiq üzvü, mərhum Dioqo Jotanın ailəsinə göndərilib.

L.Tağıyeva

 





27.11.2025    çap et  çap et