Suriyanın İdlib şəhərində güclü partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış anbarların birində olub.
Nəticədə 5 nəfər həyatını itirib. Hadisə yerinə əlaqədar qurumların əməkdaşları cəlb olunub. Yaralanan 9 nəfər isə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, partlayışın səbəbi, anbardakı məhsulların nədən ibarət olması barədə məlumat verilmir.
L.Tağıyeva
çap et