525.Az

Rusiya Polşaya nota verdi


 

Rusiya Polşaya <b style="color:red"> nota verdi</b>

Bu gün Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Xarici İşlər Nazirliyinə çağrılıb və ona bildiriş notası təqdim edilib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat xidməti məlumat yayıb.

Notada Polşanın İrkutskdakı diplomatik nümayəndəliyinin bu ilin 30 dekabrından etibarən bağlanacağı barədə məlumat yer alıb. Buna səbəb kimi Polşa hökümətinin Qdanskda yerləşən Rusiya konsulluğunun fəaliyyətinə xitam verilməsi barədə qərar göstərilir. Qərara əsasən konsulluq 23 dekabrdan etibarən işini dayandıracaq.

Qeyd edək ki, noyabrın 21-də Polşa Seymi Rusiyanın Varşavadakı səfirliyinin yerinin dəyişdirilməsi ilə bağlı hökumətə müraciət ünvanlayıb. Müraciətin təşəbbüskarları iqamətgahın Polşanın Müdafiə Nazirliyinin binasına yaxın olmasını əsas gətiriblər.

L.Tağıyeva

 





27.11.2025    çap et  çap et