525.Az

“Qazaxıstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb" - Paşinyan


 

“Qazaxıstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb" - <b style="color:red"> Paşinyan</b>

"Ermənistanın biznes qurumlarının nümayəndə heyəti tezliklə Qazaxıstana səfər edəcək”. 

525.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

“Biz iqtisadi əməkdaşlığın mümkün sahələrini araşdırmaq üçün biznes qurumlarından ibarət nümayəndə heyətinin Qazaxıstana səfəri barədə razılığa gəldik. Qazaxıstanla münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb", Paşinyan deyib.

O əlavə edib ki, Ermənistanın Qazaxıstanla dəmir yolu əlaqəsi ölkənin imkanlarını genişləndirir.

Pərvanə Sultanova

 





27.11.2025    çap et  çap et