525.Az

KTMT Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə bağlanmasının tərəfdarıdır 


 

KTMT Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə bağlanmasının<b style="color:red"> tərəfdarıdır </b>

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıdır”.

525.az xəbər verir ki, bu barədə KTMT Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sammitindən sonra qəbul edilmiş Bəyannaməsində bildirilir.

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Biz hərtərəfli nizamlanmanın və tərəflər arasında qeyd-şərtsiz sülh müqaviləsinin tezliklə bağlanmasının tərəfdarıyıq", - sənəddə deyilir.

Pərvanə Sultanova

 





27.11.2025    çap et  çap et