525.Az

Abik Jeksen və ManEl Bakıda konsert proqramı ilə çıxış edəcək


 

Abik Jeksen və ManEl Bakıda konsert proqramı ilə çıxış edəcək<b style="color:red"></b>

Noyabrın 30-da istedadlı qazaxıstanlı musiqiçi və bəstəkar Abik Jeksen Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında xüsusi qonaq – qazax-azərbaycanlı müğənni ManEl ilə birgə konsert proqramı ilə çıxış edəcək.

525.az-a xəbər verir ki, Abik Jeksen Qazaxıstan estradasının aparıcı ifaçıları üçün gitara partiyalarının müəllifi və aranjimançısıdır. Onların arasında Dimash Qudaybergen, Saken Mayqaziev, MuzArt qrupu, Ali Okapov, Kental, Töreğali Töreali, Nurjan Kermenbayev və başqaları var.

Çaykovski adına Musiqi Kollecində (Almatı) və Bakı Musiqi Akademiyasında musiqi təhsili almış gənc müğənni və mahnı müəllifi ManEl (Könül Məmmədova) “Azərbaycanın Səsi” və “Bakı Payızı” layihələrindəki çıxışları ilə tanınır.

Konsert proqramına qazax, Azərbaycan, ingilis və rus dillərində ifa olunacaq mahnılar daxildir.

Biletləri iTicket.az saytından əldə etmək mümkündür: 

https://iticket.az/ru/events/concerts/abik-jeksen-and-manel-/174261

Pərvanə Sultanova

 





27.11.2025    çap et  çap et