Ermənistanın hökumət başçısı Nikol Paşinyan 2026-cı il parlament seçkilərində “Vətəndaş Müqaviləsi” partiyasından Baş nazir vəzifəsinə namizəd olacağını açıqlayıb.
525.az xəbər verir ki, bu barədə Paşinyan brifinqdə deyib.
O bildirib ki, “Vətəndaş Müqaviləsi” partiyası seçki proseslərinin açıq və şəffaf keçirildiyi, qərarların kollektiv şəkildə qəbul edildiyi demokratik bir partiyadır:
"Partiyamızın siyasi fəaliyyəti mənim və ya başqasının şəxsiyyəti ilə müəyyən edilmir. Mən partiyanın İdarə Heyətinin rəhbəriyəm və səsim həlledicidir, amma bu, problemlərin şəxsi səviyyədə həll olunduğu anlamına gəlmir".
Baş nazir Ermənistan xalqının bu seçkilərdə parlaq qələbə qazanacağına əminliyini bildirib.
Pərvanə Sultanova
çap et