II Liqada mübarizə aparan “Şəmkir”in yeni baş məşqçisi müəyyənləşib.
525.az xəbər verir ki, bölgə təmsilçisi Rasim Əliyevlə anlaşıb. Tərəflər arasında 6 ay + 1 illik müqavilə imzalanıb.
Son olaraq “Turan Tovuz”da Akademiya koordinatoru vəzifəsində çalışan A kateqoriyalı mütəxəssis vaxtilə Premyer Liqada çalışmış ən gənc baş məşqçi kimi tarixə düşüb. R.Əliyev daha əvvəl “Turan”, “Rote Fahne”, “Neftçala” kimi komandaların baş məşqçisi olub.
O, “Feyenoord”, “Utrext”, PSV (hamısı Niderland), “Fənərbaxça”, “Gənclərbirliyi” (hər ikisi Türkiyə), “Dinamo” (Tbilisi, Gürcüstan) klublarının düşərgəsində təcrübə keçib.
çap et