525.Az

İndoneziyada 6.6 bal gücündə zəlzələ olub


 

İndoneziyada 6.6 bal gücündə zəlzələ olub<b style="color:red"></b>

İndoneziyanın Aceh bölgəsində 6,6 bal gücündə zəlzələ olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Episentri Aceh əyalətinin cənub-qərbində, Simeulue adasındakı Sinabang qəsəbəsindən təxminən 45 kilometr şimal-qərbdə olan yeraltı təkanlar 26 kilometr dərinlikdə baş verib.

Dağıntılar və tələfat barədə məlumat verilməyib. Həmçinin zəlzələdən sonra sunami təhlükəsi elan olunmayıb.

İsgəndər Həsənov

 





27.11.2025    çap et  çap et