Taylandın cənubunda şiddətli yağışlar davam edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Taylandın Fəlakətlərin İdarə Edilməsi və Qarşısının Alınması Departamenti (DDPM) ölkənin cənubundakı 12 fərqli əraziyə təsir edən şiddətli yağışların yaratdığı daşqınların təxminən 1 milyon ev təsərrüfatına və 3 milyon insana təsir etdiyini açıqlayıb.
Bildirilib ki, Sonqxla əyalətində daşqın nəticəsində ölənlərin sayı 55-ə çatıb, ümumilikdə isə 7 əyalətdə həlak olanların sayı 82-yə yüksəlib. Taylandın Baş naziri Anutin Çarnvirakul ölkənin cənubuna təsir edən daşqınlardan sonra Sonqxla əyalətində fövqəladə vəziyyət elan edib.
Qeyd edək ki, Cənubi və Cənub-Şərqi Asiyada iyun-sentyabr ayları arasında davam edən musson yağışları hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.
İsgəndər Həsənov
çap et