525.Az

İsrail yenidən Suriyanı atəşə tutdu


 

İsrail yenidən Suriyanı atəşə tutdu<b style="color:red"></b>

İsrail ordusu Suriyanın cənubundakı Quneytra əyalətinin Tel əl-Əhmar rayonunu artilleriya atəşinə tutub.

525.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası “əl-İxbariyyə” məlumat yayıb. Telekanal bu hücumu Suriyanın suverenliyinin pozulması kimi dəyərləndirib.

Qeyd edək ki, Suriya prezidenti Əhməd Şara daha əvvəl bildirmişdi ki, İsrail ordusu 8 dekabr 2024-cü ildən 2025-ci ilin 18 sentyabrına qədər Suriyaya 1000-dən çox hava və 400 quru hücumu həyata keçirib.

İbrahim Cəfərov

 





28.11.2025    çap et  çap et