525.Az

“Moskvaya ABŞ-ın Ukrayna planının əsas bəndləri çatdırılıb” - Peskov


 

“Moskvaya ABŞ-ın Ukrayna planının əsas bəndləri çatdırılıb” -<b style="color:red"> Peskov</b>

“Cenevrədə müzakirə edilən Amerikanın Ukrayna planının əsas parametrləri Moskvaya çatdırılıb.”

525.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O deyib ki, bütün tərəflər Ukrayna nizamlanmasının sülh yolu ilə həllinə doğru irəliləmək istəyini ifadə edirlər.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya mümkün səfərinə gəlincə, mətbuat katibi vaxt barədə məlumatın daha sonra veriləcəyini vurğulayıb.

Əlavə edib ki, Moskva müzakirə olunan nizamlamanın bütün mümkün parametrlərini açıqlamayacaq.

Pərvanə Sultanova

 





28.11.2025    çap et  çap et