Hindistanda şir 2 yaşlı qızı parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə srağagün Qucarat ştatında, Gir-Somnatx əyalətindəki Gir meşəsi milli parkında baş verib.
Evlərinin eyvanında oynayan Aadhiya Makvana adlı uşağa qəfil şir hücum edib və körpəni meşəlik əraziyə aparıb. Hadisədən bir qədər sonra zavallının parçalanmış cəsədi tapılaraq ekspertizaya göndərilib. Meşə təsərrüfatı departamentinin əməkdaşları bundan 2 saat keçməmiş "adamyeyən"i tuta biliblər.
Qeyd edək ki, həmin gün ştatın Amreli bölgəsində şir 34 yaşlı Mukeş Solankiyə hücum edərək onu ciddi yaralayıb. 1 gün əvvəl isə bənzər hadisə nəticəsində 5 yaşlı oğlan həyatını itirib.
L.Tağıyeva
çap et