525.Az

Şahbaz Quliyev uydurma “məhkəmə”nin “hökm”ündən şikayət verəcək


 

Şahbaz Quliyev uydurma “məhkəmə”nin “hökm”ündən şikayət verəcək<b style="color:red"></b>

Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev birinci instansiya məhkəməsinin “qərarı”ndan apellyasiya şikayəti verəcək.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ş. Quliyevin vəkili Arkadi İsraelyan məlumat verib.
 
Ş. Quliyevlə birlikdə girov götürülmüş Dilqəm Əsgərovun da məhkəmənin “qərarı”ndan apellyasiya şikayəti vermək niyyətində olduğu bildirilir.
 
Qeyd edək ki, 2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib.

 





27.01.2015    çap et  çap et