525.Az

Hidayət Heydərov medalsız qaldı


 

Hidayət Heydərov medalsız qaldı<b style="color:red"></b>

Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin ikinci gününü də medalsız başa vurublar.

525.az xəbər verir ki, milli üzvlərindən Olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərovla Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) fəxri kürsüdən kənarda qalıblar.

Heydərov 1/8 finalda Muxiddin Asadulloyevə (Tacikistan) uduzub. Rəşid Məmmədəliyev isə ABŞ-li Stiven Boldbaatarla bacarmayıb.

Qeyd edək ki, ötən gün 4 cüdoçumuz medal qazana bilməmişdi.

 





29.11.2025    çap et  çap et