Honkonqun Tai Po rayonunda səkkiz mənzilli kompleksdə baş verən güclü yanğında ölənlərin sayı 146-ya çatıb.
525.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, bu gün daha 30 nəfərin cəsədi aşkarlanıb.
Həmçinin 11-i yanğınsöndürən olmaqla 79 nəfər yaralanıb. 100 nəfərin taleyi isə qeyri-müəyyəndir.
Yanğın nəticəsində ölən 146 nəfərdən 92-nin şəxsiyyəti müəyyənləşib.
İbrahim Cəfərov
çap et