525.Az

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb


 

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb<b style="color:red"></b>

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

525.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,08% artaraq 4 258 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 0,35% artaraq 56,645 ABŞ dolları olub.

 





01.12.2025    çap et  çap et