525.Az

Bu vəsaitlər hesabına iqtisadi tarazlıq saxlanılır - İqtisadçı


 

Bu vəsaitlər hesabına iqtisadi tarazlıq saxlanılır - <b style="color:red">İqtisadçı</b>


“Dövlət Neft Fondunun ölkənin makroiqtisadi sabitliyin təminində rolu böyükdür. Fondun formalaşdırdığı böyük həcmdə ehtiyatlar  makroiqtisadi sabitliyinin əsas dayaqlarından biridir”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. O qeyd edib ki, Fondun ehtiyatları hesabına neft sektorundan daxilolmalar azaldığı halda belə, valyuta bazarında stabillik qorunur:

“Bu gün Fondun vəsaitləri hesabına iqtisadi tarazlıq saxlanılır. İqtisadiyyatın davamlı inkişafının təmin olunması üçün əlavə dəstək mexanizmi formalaşır. Bu, xüsusilə qlobal iqtisadi qeyri-müəyyənliyin artdığı dövrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edir".

Sevinc Qarayeva 
 

 





01.12.2025    çap et  çap et